BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərqdə fəaliyyətini qadağan edən qanunun tətbiqi ABŞ-ın siyasət nöqteyi-nəzərindən İsrail üçün nəticələrə gətirib çıxara bilər. Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
Onun sözlərinə görə, “bu qanunun tətbiqi Amerika qanunlarına və siyasətinə uyğun nəticələrə səbəb ola bilər”. “Yaxın günlərdə İsrail hökuməti ilə bunu necə həyata keçirəcəklərini müzakirə edəcəyik”, – deyə Miller əlavə edib: “Biz qanunla bağlı hüquqi problemlərin olub-olmadığını, bu hüquqi problemlərin hər hansı bir təsiri olub-olmadığını və hamısını nəzərdən keçirdikdən sonra bu amillərlə bağlı qərar verəcəyik”. (Tass)