ABŞ Dövlət Departamenti ABŞ prezidentinin xüsusi elçisi Steve Witkoffun bu həftə Rusiyaya səfər edəcəyini təsdiqləyib, lakin səfərin gündəliyini açıqlamaqdan imtina edib.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tammi Brüs jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə “İlk növbədə, [Birləşmiş Ştatların Prezidenti Donald Tramp] xüsusi elçi Witkoffun bu həftə Rusiyaya gedəcəyini [əvvəllər] qeyd etdi. Bunu tribunamızdan təsdiqləyə bilərik. Bunun nələri əhatə edəcəyi ilə bağlı sizin üçün heç bir təfərrüatım yoxdur” dedi.
O, Whitkoffun səfərinin dəqiq tarixlərini açıqlamayıb.