Avqust 11, 2025-8:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Dövlət İmtahan Mərkəzi Qazaxda dövlət qulluqçuları üçün növbəti təlimlərə start verib

2025:07:23 - 11:04
in SOSİAL
A A

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları Qazaxda “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr”, “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi”, “Dövlət qulluğuna qəbul: nəzəri və praktiki məsələlər” mövzularında növbəti təlimlərə başlayıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimləri DİM-in əməkdaşları – Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov, Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Akif Bayramov, Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi, Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun məsləhətçisi Cavid Əliyev, Hüquq sektorunun böyük məsləhətçisi Mirzağa Yaqubzadə həyata keçirəcəklər.

İlk təlimi Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi, Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun məsləhətçisi, psixologiya üzrə fəlsəfə doktoru Cavid Əliyev “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzusunda keçirib.

Qazax Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunmuş təlimdə icra aparatının məsul şəxsləri, Qazax RİH başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, digər dövlət qurumlarında çalışan əməkdaşlar iştirak ediblər.

C.Əliyev “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr”, “Peşəkar kommunikasiya”, “İnsana komanda daxilində effektiv və xoş ünsiyyət qurmaqda nə kömək edir?”, “Peşəkar kommunikasiyanın prinsipləri”, “Kommunikasiya növləri”, “Komanda işi dedikdə ağlınıza ilk gələn söz nədir?”, “Komandada rollar” və s. mövzular ətrafında geniş izahat verib.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təlimlər iyulun 24-də də davam edəcək.

Əvvəlki Yazı

Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayaraq hadisə yerindən qaçıb – YENİLƏNİB

Növbəti Yazı

ABŞ HƏMAS Qəzza razılaşmasını rədd edərsə, zəmanətlərini geri götürəcəyini deyir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.