İyun 15, 2025-15:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Dövlət ittihamçısı Vaqif Xaçatryana 15 il həbs cəzası istəyib – YENİLƏNİB-2

2023:11:07 - 11:35
in SİYASƏT
A A

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçirilir.

“Report” xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Məhkəmə prosesində dövlət ittihamçısı – Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov çıxış edib.

O qeyd edib ki, Vaqif Xaçatryanın cinayət işi o qədər də sadə bir məsələ deyil: “Bütün məhkəmə proseslərində Azərbaycan tərəfi kifayət qədər öz humanistliyini göstərib. Biz Vaqif Xaçatryanın saxlandığı andan etibarən istintaq prosesini diqqətlə izləmişik. Vaqif Xaçatryan Penitensiar Xidmətin əməkdaşlarının alicənab davranışı ilə üzləşib. İstintaq prosesində ona qarşı hər hansı təzyiq olmayıb. Bu, Azərbaycanın humanistliyidir. Ermənistanda vaxtilə həbs edilən soydaşlarımız kifayət qədər işgəncə və təzyiqlərlə üzləşiblər. Amma biz Vaqif Xaçatryana o münasibəti göstərmədik”.

Dövlət ittihamçısı V.Xaçatryanın 15 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. O, cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Daha sonra müdafiə çıxışı üçün söz V.Xaçatryanın vəkili Radmila Abılovaya verilib. O, çıxış üçün vaxt istəyib.

Hazırda prosesdə fasilə elan olunub.

Əvvəlki Yazı

Qərbi Azərbaycan İcması Ümumdünya Demokratiya Forumunda təmsil olunur

Növbəti Yazı

Prokuror Vaqif Xaçatryana niyə 15 il azadlıqdan məhrumetmə cəzası istəyib? – SƏBƏB

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.