Avqust 12, 2025-17:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Dövlət ittihamı fəaliyyətində səmərəliliyin artırılması istiqamətində tədbirlər davam etdirilir

2024:03:11 - 11:16
in SİYASƏT
A A

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin tapşırığına əsasən dövlət ittihamı fəaliyyətinin səmərəliliyinin artırılması və bu sahədə işin müasir tələblər səviyyəsində qurulması məqsədilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin regional iclaslarının keçirilməsinə başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 9-da Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt Apellyasiya məhkəməsinin yurisdiksiyasında olan rayon (şəhər), ağır cinayətlər və apellyasiya məhkəmələrinin dövlət ittihamçılarının iştirakı ilə keçirilmiş regional iclasda dövlət ittihamçılarının fəaliyyəti ilə əlaqədar qarşıda duran vəzifələr, vahid məhkəmə təcrübəsi və cəza siyasətinin formalaşdırılmasında dövlət ittihamçılarının rolu, istintaq qurumları ilə səmərəli qarşılıqlı əməkdaşlığın qurulması, Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işlərinin təhlili, istintaq qurumlarının fəaliyyətində bəraət hökmlərinin qəbul edilməsi ilə nəticələnən pozuntu və çatışmazlıqlar, habelə məhkəmə səhvləri, bəraət hökmləri, protestlərin verilməsi təcrübəsi kimi məsələlər ətrafında geniş müzakirələr aparılıb, Baş prokuror Kamran Əliyevin tapşırıq və tövsiyələri iclas iştirakçılarının nəzərinə çatdırılıb.

Eyni zamanda, dövlət ittihamçıları tərəfindən “Elektron Prokurorluq” informasiya sistemi, o cümlədən “Elektron Dövlət İttihamı” proqramlarından istifadə vəziyyəti ilə yerində tanış olunmaqla, bu sahədə konkret tələblər və qarşıda duran vəzifələr müəyyən edilib.

Əvvəlki Yazı

Azərbaycan-Qazaxıstan münasibətləri ən yeni mərhələdə

Növbəti Yazı

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.