Avqust 25, 2025-10:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Dövlət Komitəsinin sədri Astaradakı məscidlərin fəaliyyəti ilə tanış olub

2024:10:22 - 12:29
in SOSİAL
A A

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Astara rayonunda yerləşən Qum, Vəznəş kənd, Kijəbə qəsəbəsi “Lovayn”, Pensər kəndinin “Hacı Teymur” Cümə və Cümə məscidlərini ziyarət edib.

Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.

Məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı sədr R.Məmmədov bildirib ki, multikultural dəyərlərin qorunması, eyni zamanda tolerantlıq mühitinin, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir: “Prezident İlham Əliyev ölkədə dövlət-din münasibətlərinin ən yüksək səviyyədə tənzimlənməsinə nail olub. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada bütün dinlərə hörmətlə yanaşılır, hər bir dinin daşıyıcısına və millətin nümayəndəsinə bərabər münasibət göstərilir. Ölkədə müxtəlif dinlərə aid ibadət yerlərinin təmir edilməsi və bərpası, mütəmadi olaraq dini qurumlara maddi yardım ayrılması dövlətin dini dəyərlərə həssas münasibətini əks etdirir”.

Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə yad dini ideologiyaların yayılmasının, dini təəssübkeşliyin dini təkəbbürə, fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınmasının vacibliyinə toxunan Ramin Məmmədov bu təhdidlərə qarşı mübarizədə dini maarifləndirmə tədbirlərinin, din xadimlərinin fəallığının böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Din xadimlərinin peşəkarlıq səviyyəsinin artırılmasının dövrün vacib tələbi olduğunu qeyd edən Komitə sədri onların səmərəli fəaliyyətinin təşkili ilə bağlı fikirlərini bölüşüb.

Komitə sədri müntəzəm olaraq ibadət evlərini ziyarət etməsinin əsas məqsədinin məscid, kilsə və sinaqoqların fəaliyyəti ilə daha yaxından tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, həmçinin din xadimlərini dini sahədəki prioritetlər və qarşıda duran vəzifələr barədə məlumatlandırmaqdan ibarət olduğunu bildirib.

Daha sonra zərərli dini meyillərlə mübarizənin gücləndirilməsi, xurafatın qarşısının alınması, dini-ideoloji təbliğat sahəsində maarifləndirmə işlərinin əhatə sferasının daha da genişləndirilməsi ilə bağlı din xadimlərinin təklifləri dinlənilib.

Əvvəlki Yazı

Bakıda Neft Emalı Zavodunda yanğın başlayıb

Növbəti Yazı

Britaniyanın Lordlar palatasının üzvləri Ulu Öndərin məzarını ziyarət ediblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.