Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun avqustun 6-da keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, sədr avqustun 12-də Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.Qəbul saat 10:00-da Zaqatala rayonundakı Heydər Əliyev Mərkəzində keçiriləcək.