İyun 20, 2025-2:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Antalyada beynəlxalq konfrans keçiriləcək

2023:11:03 - 12:35
in SOSİAL
A A
Dövlət Məşğulluq Agentliyi, Türkiyə İş Qurumu Baş İdarəsi (İŞKUR) və Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “NEET-in (Not in Education, Employment or Training) qlobal və yerli tendensiyaları” adlı konfrans noyabrın 16-17-də Türkiyənin Antalya şəhərində təşkil olunacaq.

Konfransda Almaniya, Cənubi Koreya, Böyük Britaniya, İsveç, İsveçrə, Niderland, Yaponiya, Bosniya və Herseqovina, Xorvatiya, Latviya, Estoniya və digər ölkələrin yüzdən çox dövlət məşğulluq xidmətlərinin nümayəndələri iştirak edəcək. Eyni zamanda, konfransda Beynəlxalq Əmək Təşkilatının (ILO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) səlahiyyətli nümayəndələrinin də çıxışı nəzərdə tutulur.

Tədbirin əsas məqsədi təhsildə, işdə və ya təlimdə olmayan gənclərin üzləşdiyi maneələrin aradan qaldırılması məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, müxtəlif regionlardan olan dövlət məşğulluq xidmətlərinin bu sahə üzrə tətbiq etdikləri qlobal innovativ həllər istiqamətində müzakirələrin aparılmasıdır.

İki gün davam edəcək konfransda agentliyin nümayəndələrinin də bir neçə panel üzrə çıxışı nəzərdə tutulub.

 

Əvvəlki Yazı

Zahid Oruc: “Bütün bölgələrimizə böyük qayıdış olmalıdır”

Növbəti Yazı

Ziyafət Əsgərov: Gələn ilin dövlət büdcəsinin layihəsi qlobal iqtisadi meyillər nəzərə alınmaqla hazırlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.