Avqust 1, 2025-18:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Dövlət Neft Fondunun “Enfinity Global” ilə əməkdaşlığı strateji baxımdan əhəmiyyətlidir – ŞƏRH

2025:07:28 - 17:42
in İQTİSADİYYAT
A A

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən “Enfinity Global” şirkətinə məxsus 402 MVt gücündə Günəş elektrik stansiyalarından ibarət portfeldə 49 faizlik pay əldə etməsi strateji baxımdan əhəmiyyətlidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyi mövzusunda bütün layihələrdə iştirakda maraqlıdır. Çünki Avropa enerji bazarı böyük bazardır və ölkəmiz qaz sahəsində ixracımızı artırmağa davam edir.

Bunu AZƏRTAC-a açıqlaması zamanı iqtisadçı-ekspert Cəfər İbrahimli bildirib.

Onun sözlərinə görə, “Enfinity Global” ABŞ, İtaliya Yaponiya və İngiltərədə alternativ enerji istehsal edərək satır.

“Bu baxımdan alternativ enerji istehsalında ciddi təcrübəsi olan şirkət ilə əməkdaşlıq faydalı ola bilər. “Enfinity Global” İtaliya ərazisində yeni layihə və investisiyaları davam etdirəcək. Şirkətin alternativ enerji istehsalının 7,2 giqavata çatdırılması proqnozlaşdırılır ki, bu da böyük həcmdir. Portfeldə “Enfinity Global” şirkəti 51 faiz nəzarət payını saxlamaqla layihənin uzunmüddətli idarəçiliyini davam etdirəcək, enerjinin istehsalı, texniki məsələ ilə məşğul olacaq. Layihənin gələcək qərarlarında təbii ki, digər investisiyalardan fərqli olaraq Dövlət Neft Fondu söz sahibi olacaq. Dünyanın böyük şirkətlərinin istər alternativ enerji istehsalı, istərsə də bu sahə ilə bağlı texnika və avadanlıq istehsalı ilə məşğul olmağa yönəldiyini görürük. Çünki bu sahə son illərdə dünyanın diqqətində olan, çox ciddi inkişaf edən, gəlirli sahədir”, – deyə o bildirib.

 

Əvvəlki Yazı

Fransanın qərəzli qətnaməsi və yaxud Azərbaycan sülh prosesində təzyiqlərə boyun əymir ŞƏRH

Növbəti Yazı

Neftçalada “Bəxtiyar Vahabzadəyə xitabən” adlı ustad dərsi və sərgi təşkil olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.