Avqust 1, 2025-15:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Dövlət Sərhəd Xidmətində hesabat müşavirəsi keçirilib

2023:12:14 - 17:20
in SİYASƏT
A A

Dekabr ayının 14-də Dövlət Sərhəd Xidmətinin 2023-cü ildə xidməti-dö­yüş fəaliy­yətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, müşavirədə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­liyev tərəfindən Azərbay­can tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Res­publi­­ka­sı­nın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş möh­təşəm tədbirlər nəti­cə­sində 2023-cü ilin dövlətçilik tariximiz üçün müstəsna əhə­miyyət daşıması və ərazi bütövlü­yü­müzün tam bərpa edilməsi ilə əla­mət­­dar olması xüsusi vurğulanıb.

mandan cənab İlham Əliyevin dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diq­qəti sayəsində əldə edilməsi qeyd edilib.

7 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin DSX Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə kompleksində yaradılmış şəraitlə tanış olmasının, Dövlət Sərhəd Xidmətinin 2 zabitini “general-mayor” ali hərbi rütbəsinə layiq görməsinin, gös­tərdikləri igid­liyə və şücaətə, xidmətdə fərqləndiklərinə görə DSX əməkdaşlarını orden və medallarla təltif etməsinin şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığı qeyd edilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliye­vin Azər­baycan Sərhəd Mühafizəsi qarşısında qoyduğu tapşırıqların yüksək sə­viy­yədə yerinə yetiril­məsi bildirilib. Ölkə ərazisində erməni separatçılığına son qoyulması üçün həlledici əhəmiyyət kəsb edən “Laçın” dövlət sərhədin­dən buraxılış məntəqəsinin yaradıl­ması ilə yekunlaşan unikal əməliyyatın keçiril­mə­si, eləcə də lokal xarakterli antiterror əməliyyatında DSX-nin döyüş tapşırıq­larının tam həcmdə yerinə yetirilməsi ciddi nailiy­yətlər sırasında xüsusi olaraq vurğu­lanıb. O cümlədən 2023-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə edilmiş əsas nailiyyətlər sırasında:

iyunun 15-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində “Laçın” döv­lət sərhədindən buraxılış məntəqəsində xidmət aparan sər­hədçinin yaralan­masına səbəb olan düşmən təxribatına cavab olaraq düşmən snayperlərinin, döyüş postunun və dislokasiya məntəqəsinin zərərsizləşdirilməsi;

il ərzində 2 ton 95 kiloqram 338 qram narkotik vasitənin, 51 milyon 14 min 753 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçiril­məsinin qarşısının alınması, 36 ton 222 kq narkotik xassəli bitkinin məhv edilməsi;
işğaldan azad edilmiş ərazilərdə 150 km məsafədə yeni yolların çəkilməsi, 354 km yolların əsaslı təmir olunması, 7,1 km məsafədə hərəkət təhlü­kə­sizliyi üçün xüsusi valla­rın salınması;
2661 hektar ərazinin mina və partlamamış sursatlardan təmizlənməsi, 1598 ədəd piyada, 1763 ədəd tank əleyhinə mina, 518 ədəd partlamamış hərbi sur­satın zərərsizləşdiriməsi qeyd edilib.
Hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin hərbi birləşmə rəh­bərlərinin mə­ruzə­ləri dinlənilib, struktur qurumların xidməti fəaliyyəti qiymət­lən­dirilib, 2024-cü ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqlar şəxsi heyətin diqqətinə çatdırılıb.

Azərbaycan sərhədçilərinin Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir tapşırığını böyük şərəf və qürurla icra etməyə hazır olmaları xüsusi vurğu­lanıb.

Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təl­tifləri təqdim olunub.

Əvvəlki Yazı

MEDİA çap və onlayn mediaya dəstək üçün elan edilmiş müsabiqənin nəticələrini açıqlayıb – YENİLƏNİB

Növbəti Yazı

DSX rəisi: Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədi ilə xarici xüsusi xid­mət orqanları ilə əlaqəli 8 şəxs tutulub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.