Avqust 21, 2025-17:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Dövlət Sosial Müdafiə Fondu bu il 600 milyon manat investisiya qoyub

2023:11:03 - 17:24
in İQTİSADİYYAT
A A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bu ilin əvvəlinə formalaşmış sərbəst vəsaitinin 600 milyon manata yaxın hissəsi (57,3 %) investisiyaya yönəldilib.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2024-cü il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Məlumata görə, həmin vəsaitin 30 milyon manatı (5 %) banklarda açılmış depozit hesablarına, 402,7 milyon manatı (67,2 %) dövlət zəmanətli istiqrazlara, 167 milyon manatı (27,8 %) isə müvafiq qiymətli kağızlar üzrə əks-repo əməliyyatlarına yönəldilib.

Banka depozit yerləşdirilərkən onun aktivlərinin məbləğinə görə ilk 5-likdə yer alması, depozit hesabda yerləşdiriləcək məbləğin bankın xalis aktivindən 10 % çox olmaması tələbi nəzərə alınıb və sərbəst vəsaitin 5 il müddətinə 2 bankda yerləşdirilib. Dövrün sonunda depozit hesablarda yerləşdirilmiş vəsait üzrə faiz gəliri 13,2 milyon manat olacaq.

Sərbəst vəsaitin əsas hissəsi Maliyyə Nazirliyinin emissiya etdiyi, tədavül müddətinə görə orta müddətli hesab edilən dövlət zəmanətli istiqrazların alınmasına investisiya edilib. Fəaliyyətin nəticəsi olaraq Fond nominal dəyəri 415,5 milyon manat olan istiqrazların 402,6 milyon manat bazar dəyəri ilə alışını həyata keçirib. Orta gəlirlilik dərəcəsi 8,37% səviyyəsində müəyyən edilmiş istiqrazlar üzrə kupon ödənişləri 73,4 milyon manat olaraq müəyyən edilib ki, bu da əməliyyatın sonunda alış gəliri də nəzərə alınmaqla fondun 86,2 milyon manat gəlir əldə etməsi deməkdir.

Fondun investisiya portfelinin formalaşmasında istifadə edilmiş maliyyə alətlərindən biri də əks-repo əməliyyatıdır. Əks-repo əməliyyatı Fond ilə müvafiq banklar arasında olmaqla dövlət təminatlı istiqrazlar əsasında həyata keçirilib, nəticədə əks-repo müddəti 30 gün və 5 gün, gəlirliyi 0,5 milyon manat olan 2 əqd bağlanıb.

Ümumilikdə cari investisiya fəaliyyəti üzrə əldə olunacaq gəlir 99,9 milyon manat təşkil edəcək.

Əvvəlki Yazı

DİN: Vətən müharibəsi və antiterror tədbirlərindən sonra bəzi şəxslərin odlu silah ələ keçirməsi halları var

Növbəti Yazı

Ərini bıçaqla öldürmək istəyən qadının istintaqı başa çatıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.