Avqust 21, 2025-7:37
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Dövlət Sosial Müdafiə Fondunun xərcləri artdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 7 ayında proqnozla müqayisədə 7 faiz və ya 289 mln. manat çox olmaqla 4 mlrd. 665 mln. manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 281 mln. manat artaraq 3 mlrd. 712 mln. manat olub.

Yanvar-iyul aylarında DSMF-nin xərcləri 4 mlrd. 380 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 375 mln. manat çoxdur.