Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərracda investorlara Balakəndə yerləşən “Katexçay” (9 ha), “Balakənçay II” (10 ha), “Paşan” (13 ha), “Balakən” (2,5 ha), Şamaxıda “Yuxarı Pirsaatçay” (49,5 ha), Oğuzda “Muxas-Daşağılçay” (15 ha), Şəkidə “Şəki” (10 ha), Qubada “Qudyalçay” (11,5 ha), “Səbətlər” (10 ha), Abşeronda “Umbaki” (1,36 ha), “Güzdək” (1 ha), Yevlaxda “Gülövşə” (20 ha), Siyəzən “Gilgilçayın cənub-qərb cinahı”, (4 ha), Tovuzda “Aşağı Zəyəmçay” (3,77), Füzulidə “Dövlətyarlı” (3 ha), İsmayıllıda “Təzəkənd” (10 ha), “Ağbulaq” (6 ha), “Göyçay I” (10 ha), Qəbələdə “Türyançay III” (3 ha), Goranboyda “Yuxarı Ağcakənd” (6,9 ha), Şabranda “Baş Əmirxanlı” (0,68 ha) faydalı qazıntı yataqları təklif olunacaq.
İddiaçılar hərraclarda iştirakla bağlı sənədləri dekabrın 7-si saat 18:00-dək “Bakı KOB evi”nə (Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.
Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.