İyun 16, 2025-12:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Dövlət Xidməti ilə DİA arasında Anlaşma Memorandumu imzalanıb

2023:11:01 - 15:01
in İQTİSADİYYAT
A A

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) arasında Anlaşma Memorandumu imzalanıb.

“Report”un Dövlət Xidmətinə istinadən verdiyi məlumata görə, sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov imzalayıblar.

Sənədə əsasən, tərəflər tələbələrin təcrübə proqramlarına cəlb edilməsi, istehsalat və elmi-tədqiqat təcrübələrində, o cümlədən seminar və təlimlərdə iştirakının təmin edilməsi istiqamətində əməkdaşlıq edəcək. Sənəddə həmçinin birgə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması üçün qarşılıqlı maraq doğuran sahələr üzrə araşdırma və təhlillərin Akademiyanın nəzdindəki elmi-tədqiqat institutları ilə əməkdaşlıq əsasında həyata keçirilməsi və digər məsələlər yer alıb.

Anlaşma Memorandumu çərçivəsində təhsilalanları Dövlət Xidmətinin fəaliyyəti barədə məlumatlandırmaq məqsədilə Akademiyada “Karyera günləri”nin keçirilməsi nəzərdə tutulur.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib ki, ölkədə gənclər siyasəti istiqamətində bir sıra proqramlar və layihələr həyata keçirilir. Dövlət Xidmətində aparılan gəncləşdirmə siyasətinə toxunan Xidmət rəisi savadlı və potensiallı gənc kadrların işlə təmin olunması və rəhbər vəzifələrdə çalışmaları üçün şəraitin yaradıldığını qeyd edib. Vurğulanıb ki, gənclərin dövlət qurumlarında fəaliyyəti dövlət idarəetməsində innovativ düşüncələrin, müasir yanaşmaların tətbiqinə şərait yaradıb.

DİA-nın rektoru Urxan Ələkbərov iki qurum arasında əməkdaşlığı yüksək qiymətləndirib, ali məktəb tələbələrinin Dövlət Xidmətində təcrübə keçməsi və birgə layihələrə cəlb olunmasının onların müvafiq sahələrdə bilik və bacarıqlarının inkişafına töhfə verəcəyini qeyd edib.

Əvvəlki Yazı

Azərbaycan Litvada Beynəlxalq Nəqliyyat Forumunun iclasında iştirak edib

Növbəti Yazı

Gəncədə nənənin küçəyə atdığı azyaşlı bacı-qardaşın vəziyyəti açıqlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.