İyun 20, 2025-16:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumuna qatılıb

2024:04:26 - 15:43
in İQTİSADİYYAT
A A

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində keçirilən “Rəqabət siyasəti və hüquq sahəsində mövcud tendensiyalar” mövzusunda Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib.

“Report” bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Qazaxıstanın Rəqabətin Qorunması və İnkişafı Agentliyinin (AZRK) təşkilatçılığı ilə baş tutan forumda Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) Rəqabət və istehlakçı siyasəti istiqamətinin rəhbəri Tereza Moreyra, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Rəqabət Komitəsinin sədri Frederik Cenni, AZRK-nın rəhbəri Marat Omarov, eləcə də digər ölkələrin rəqabət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər iştirak ediblər.

Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev müasir dövrdə antiinhisar orqanlarının rolunun gücləndirilməsinə həsr olunan panel müzakirəsinə qatılıb. “Dövlət və Biznes: problemlərin həlli yolları və rəqabət neytrallığının artırılması” adlı təqdimatla çıxış edən Xidmət rəisinin müavini iştirakçılara ölkəmizdə həyata keçirilən rəqabət siyasəti, həmçinin bu sahədə qanunvericilikdə aparılan islahatlar barədə geniş məlumat verib.

İki gün davam edən forum çərçivəsində iştirakçı ölkələrdə təsərrüfat subyektlərinin təmərküzləşməsində qlobal tendensiyalar, antiinhisar fəaliyyəti sahəsində işlərə baxılmasında məhkəmə təcrübəsi, rəqəmsal bazarlarda rəqabət siyasətinin aparılması, eləcə də əczaçılıq bazarı üçün rəqabətin əhəmiyyəti məsələləri haqqında təqdimatlar edilib, müzakirələr aparılıb.

Əvvəlki Yazı

Boliviya Xarici İşlər Naziri: NATO sülhə can atmır, sadəcə sabitliyi pozur

Növbəti Yazı

Hərbi prokuror: Qəsdən adam öldürmə cinayətləri 50, özünü öldürmə hadisələri 40 faiz azalıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.