Qəzza zolağı ilə Misir sərhədində yerləşən Rəfah keçid məntəqəsi yaxınlığında baş verən döyüşlər zamanı azı iki BMT əməkdaşı yaralanıb. Bu barədə İsrailin Kan radiostansiyası məlumat yayıb.
Onun sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağırdır. İsrail təhlükəsizlik xidmətləri hadisənin baş vermə şəraitini araşdırır.
Mayın 6-da İsrail Müdafiə Qüvvələri (IDF) şərqi Rəfahın əhalisini təxliyə etmək üçün hazırlıqlara başladığını açıqlayıb. Mayın 7-də İDF şəhərin şərqindəki bir sıra rayonlarda hərbi əməliyyata başladığını və eyniadlı sərhəd-keçid məntəqəsini nəzarətə götürdüyünü elan edib.Şənbə günü, mayın 11-də ordunun mətbuat xidməti bildirib ki, hərbçilər Rəfahın şərqindəki əlavə ərazilərin sakinlərinə humanitar zonalara təxliyə etməyi tövsiyə ediblər. (Tass)