İyun 16, 2025-7:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

DSK sədri: Ağdərə və Suqovuşan seçkilərə hazırdır

2024:02:01 - 13:50
in SİYASƏT
A A

Suqovuşan qəsəbəsində yerləşən 58 saylı və Ağdərə şəhərindəki 59 saylı seçki məntəqələrində fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq yekunlaşıb. Hər iki məntəqədə ilk dəfə keçiriləcək seçkilərdə seçicilərin azad, şəffaf, demokratik şəkildə öz namizədlərinə səs vermələri üçün bütün zəruri şərait yaradılıb.

AZƏRTAC “Secki-2024.az” saytına istinadla xəbər verir ki, bunu 97 saylı Tərtər-Naftalan-Goranboy dairə seçki komissiyasının (DSK) sədri Həmid Mehdiyev bildirib.

O vurğulayıb ki, dairə üzrə ümumilikdə 59 məntəqə fəaliyyət göstərir, onlardan 11-də veb-kameralar quraşdırılıb. “Yanvar ayının 31-dək seçicilərə bildirişlərin göndərilməsi təmin edilib. Mərkəzi Seçki Komissiyasından bülletenləri də götürmüşük, fevral ayının 3-də qanunvericiliyə uyğun olaraq məntəqələrə çatdırılması təmin ediləcək. Bir sözlə, məntəqələrin hamısında seçkilərə hazırlıq prosesini yekunlaşdırmışıq. Bütün məntəqələr, o cümlədən işğaldan azad edilmiş Ağdərə və Suqovuşandakı məntəqələr seçki gününü gözləyir”, – deyə o vurğulayıb.

Əvvəlki Yazı

Azərbaycanda ötən il 139 yeni dövlət standartı qəbul edilib

Növbəti Yazı

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.