İyun 15, 2025-20:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Dubaydan Amerikayadək göndərilən “Gəncə səbəti” – qiyməti 300-2000 manat arasında dəyişir

2024:01:01 - 14:40
in İQTİSADİYYAT
A A

Qərb bölgəsində xüsusilə bayram ərəfəsi və bayramdan sonra insanlar uzaqda yaşayan qohum-əqrəbalarına, yaxud da xüsusi hədiyyə göndərmək istədikləri şəxslərə “Gəncə səbəti” hədiyyə etməyə üstünlük verirlər. Bu sovqat səbətində ağartı məhsullarından tutmuş, ət, ləpə və meyvələrə qədər cürbəcür məhsul olur. “Gəncə səbəti”nin sorağı dünyanın müxtəlif ölkələrinə də gedib çıxıb. Satıcılar bu gün ölkədaxili sifarişlərlə yanaşı, dünya ölkələrinə də sovqat səbəti sifarişi hazırlayırlar.

On ildən çoxdur “Gəncə səbət”inin hazırlanması işi ilə məşğul olan Nəcəf Verdiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib ki, Türkiyə, Rusiya, Gürcüstan, Dubay, Amerika və digər xarici ölkələrdən tez-tez sifarişlər alırlar.

Bu sovqat səbətlərini cəlbedici edən əsas üstünlüklərdən biri məhsulların təbii və təzə olmasıdır. Keyfiyyətli kənd məhsulları – süd, qatıq, qaymaq, şor, həmçinin təzə toyuq, qırqovul, balıq və mal əti, 8-12 kiloqram təşkil edən əmlik quzu və s.

“Səbətlərə şəhər sakinləri tərəfindən də maraq var. İnsanlar təkcə hədiyyə üçün yox, gündəlik tələbatlarını qarşılamaq üçün də belə səbət alırlar. Səbətin tərkibi müştərinin istəyinə uyğun yığılır. Qiymətləri 300 manatla 2000 manat arasında dəyişir. Sovqat istəyə uyğun həcmdə səbətlərdə, yaxud taxta qutularda paketlənir,” – deyə N.Verdiyev əlavə edib.

O bildirib ki, şəhərin qonaqları ölkələrinə qayıdanda “Gəncə səbəti” aparmağa üstünlük verirlər. Müsahibimiz səbətin tərkibinin zəngin olduğunu deyib: “Ən yüksək səviyyədə hazırlanan sovqat səbətində, yəni 2 min manatlıq “Gəncə səbəti”nə 1 ədəd bütöv quzu, 1 ədəd 8-12 kiloqram çəpiş, dana basdırması, kənd toyuğu, hind toyuğu, qırqovul, farel balığı, qaz, ördək, Gəncə paxlavası, ləpə çeşidləri, ağartı məhsulları, çiçək balı, göyərti çeşidləri, meyvələr, çörəklər, yuxa, mürəbbə və bir çox digər qidalar əlavə olunur”.

Gəncədə qədimdən bəri mövcud olan sənət sahələrindən biri də səbətçilikdir. Bu sahə ilə məşğul olan sənətkarların sayı ilbəil azalsa da, səbətə tələbat Gəncədə hər zaman olub. Çünki ölkəmizin qərb regionu, xüsusilə də Gəncə əhalisinin bayramlarda, şən günlərdə içi meyvə-tərəvəz, süd, ət məhsulları və s. ilə dolu olan “Gəncə səbəti”ni sifariş etməsi bir növ adətə çevrilib.

Əvvəlki Yazı

İsrail ordusu Qəzza zolağında radikalların Şucayya qəsəbəsindəki komandanlıq mərkəzinə basqın elan edib

Növbəti Yazı

DİN növbəti dəfə vətəndaşları qanunsuz saxlanılan odlu silahları könüllü təhvil verməyə çağırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.