Polşa prezidenti Anjey Duda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın hakimiyyətə gəldikdən sonra Kiyevə dəstəyini dayandıracağı ilə bağlı bəyanatları gülünc adlandırıb.
“Mən əminəm ki, söhbət Ukraynaya gəldikdə, o (Tramp – TASS qeydi) indi daim və fasiləsiz olaraq [bu məsələ ilə bağlı] məlumat toplayır”, – o, Bloomberg-ə müsahibəsində deyib. Polşa lideri həmçinin qeyd edib ki, ABŞ Trampın ilk prezidentliyi dövründə Kiyevə hərbi yardım göndərib.
Dudanın sözlərinə görə, respublikaçı hələ ki, Ukrayna ilə bağlı planını təqdim etməyib, lakin Polşa lideri və digər avropalı siyasətçilərdən onların mövqeyini “sual edib”.
Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Tramp qalib gəlib. Seçki kampaniyası zamanı o, Ukrayna münaqişəsinə son qoymaq niyyətində olduğunu dəfələrlə bəyan edib. Noyabrın 15-də Zelenski etiraf edib ki, o, Trampın münaqişənin həlli ilə bağlı mövqeyini başa düşməyib. (Tass)