Polşa prezidenti Anjey Duda və ABŞ lideri Donald Tramp alyansın Haaqada keçiriləcək sammiti öncəsi telefon danışığında NATO-nun şərq cinahında təhlükəsizlik məsələlərini müzakirə ediblər.
“Mən indicə ABŞ prezidenti Donald Trampla çox yaxşı telefon danışığım oldu. Əsas mövzular bu yaxınlarda başa çatmış Buxarest Nine sammiti və NATO-nun Haaqada keçiriləcək sammiti kontekstində Polşanın və regionumuzun təhlükəsizliyi idi”, – Duda X-da yazıb.
Bundan əlavə, iki lider alyansa üzv ölkələrin müdafiə xərclərinin artırılmasını müzakirə ediblər. Duda həmçinin Trampı əmin edib ki, Polşanın yeni seçilmiş prezidenti Karol Navroçki ABŞ-la sıx əməkdaşlığın qarantı olacaq. (Tass)