İyun 16, 2025-4:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Dünyamızın humanitar dəyərlərə ehtiyacı var…

2024:12:02 - 14:04
in SOSİAL
A A

Dekabrın 2-də “Biz Bir Ailəyik” Əlillərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Biz bir ailəyik” inklüziv konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən tədbirdə əvvəlcə ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsi anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova, UNEC İnklüziv Mərkəzinin rəhbəri Sevinc Məhsimova, Milli Məclisin deputatı Vüqar İskəndərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Azər Əliyev ölkəmizdə müxtəlif dərəcəli əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan bəhs edib, hər bir vətəndaşın dövlətin həmin istiqamətdə apardığı siyasətə insanlıq dəyəri kimi dəstək göstərməsinin vacibliyini vurğulayıb. Dünyamızın humanitar dəyərlərə ehtiyacı olduğunu bildirən natiqlər bu kimi tədbirlərin sosial məsuliyyətlilik, qayğıkeşlik, birlik kimi prinsipləri özündə ehtiva etdiyinə diqqət çəkiblər.

Çıxış edənlər ölkəmizdə əlilliyi olan şəxslərin qabiliyyət və bacarıqlarının üzə çıxarılması üçün göstərilən diqqət və qayğının müsbət nəticələrinin müşahidə olunduğunu qeyd edərək, həmin qəbildən olan vətəndaşların potensiallarını nümayiş etdirməkdən ötrü kifayət qədər şəraitin mövcudluğundan məmnuniyyətlərini ifadə ediblər.

Tədbir bədii hissə ilə davam edib, incəsənət xadimləri və əlilliyi olan vətəndaşlar musiqi nömrələri ifa edib, rəqslər nümayiş etdiriblər.

Həmçinin əlilliyi olan şəxslərin əl işlərinin sərgi yarmarkası da təşkil olunub.

Tədbirin sonunda iştirakçılara sertifikat təqdim edilib.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Qvineya-Bisaunun nümayəndə heyətini qəbul edib 

Növbəti Yazı

Türkiyənin xarici işlər naziri Brüsseldə Ankaranın Ukrayna ilə bağlı mövqeyini təsdiqləyəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.