Dünyanın ən yaşlı qadını Maria Brañas Morera 117 yaşında İspaniyada vəfat edib.
Yaşayan ən yaşlı insan statusunu daşıyan İspaniyadan olan dünyanın ən yaşlı qadını 117 yaşında vəfat edib. Bu barədə Daily Mail yazır.
Maria Brañas Moreranın qohumları onun hesabında yazıblar ki, qadın yuxuda və ağrısız dünyasını dəyişib. O, son iki onillikdə qocalar evində yaşayıb və mart ayında 117 yaşını qeyd edib. (Lenta.ru)