İranın İsrailə cavab hücumu zamanı səsdən sürətli Fəttah-1 raketləri də daxil olmaqla, İsraili 200 raketlə vurduğu diqqətəlayiq görüntü qeydə alınıb. Dəmir Qübbə müdafiə sistemini deşən raketlərin hədəfləri vurduğu anda minlərlə israilli çaxnaşma içində sığınacaqlara axışıb və bu şəxslərdən birinin də İsrailin baş naziri Binyamin Netanyahu olduğu iddia edilib. Kabinet üzvlərindən birinin sızdırdığı iddia edilən videonun İsraildə yeni böhranı alovlandıracağı ehtimal edilir.
İranın onlarla raketlə hücumuna hazırlıqsız qalan Netanyahu və kabineti 1 ilə yaxındır davam edən müharibədə ilk dəfə olaraq sığınacaqda Nazirlər Şurasının iclasını keçirib.
İsrail televiziyası “Kanal 12” kabinetin bunkerə toplaşdığını və bunun “vacib bir gecə” olacağını açıqlayıb. Hücumdan sonra Netanyahunun İrana cavab verərkən əlinin sıxıldığı anlar sosial mediada da əks olunub. İsrail İranın raketlərinin vurduğu zərərlə bağlı açıqlama verməsə də, sosial mediada paylaşılan görüntülərdə raketlərin Nevatim də daxil olmaqla bəzi hava bazaları və hərbi obyektlərə düşdüyü anlar əks olunub.