Ərəb dövlətləri müstəqil Fələstin dövlətinin yaradılması şərti ilə Qəzza zolağının bərpasında və orada asayişin qorunmasında maraqlıdırlar. FƏTH gənclər hərəkatının keçmiş lideri Məhəmməd Dahlan bu barədə The New York Times qəzetinə müsahibəsində bildirib.
Qəzetin məlumatına görə, Dahlan hazırda BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın müşaviridir. The New York Times ilə söhbətində o, Qəzza zolağında hakimiyyətin yeni müstəqil hökumətə veriləcəyi plandan danışıb.
Nəşr Dahlanın sözlərinə istinad edərək yazır ki, “yeni Fələstin Administrasiyası dost ərəb ölkələrini Qəzzada asayişi qorumaq üçün qoşun göndərməyə dəvət edə bilər.“BƏƏ və Səudiyyə Ərəbistanı kimi ölkələr isə yenidənqurma işlərinə kömək etməyə və maliyyələşdirməyə hazır olacaqlar. Əgər İsrail Fələstin dövlətinin yaradılmasına razı olarsa. “Əsas ərəb ölkələri həqiqətən də bu münaqişəni həll etməyə can atırlar, – o əlavə edib.
Qəzet qeyd edir ki, BƏƏ səlahiyyətliləri öz bəyanatında planın özünü şərh etməyiblər, lakin qeyd ediblər ki, anklavın bərpası “müəyyən şərtlərdən, o cümlədən “iki dövlətli həll”dən asılı olacaq.