APA-nın yerli bürosu xəbər verir ki, səyyahlar səfər çərçivəsində şəhərin işğal dövründə ermənilər tərəfindən dağıdılmış Çörək muzeyinin inzibati binasının qalıqları ilə tanış olublar.
Qeyd edək ki, səyyahlar Qarabağ və Şərqi Zəngəzur səfəri çərçivəsində Füzuli və Şuşadan sonra Ağdama gəliblər. Səyyahlar qrupu 30 nəfərdən ibarətdir, onlardan 9-u dünyanın bütün – 193 ölkəsində olublar.