TÜRKSOY-un təşkilatçılığı ilə İraq türkmanlarının görkəmli tədqiqatçısı Əta Tərzibaşının anadan olmasının 100 illiyi münasibətilə Ankarada keçirilən konfransda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Mehman Həsənli və elmi işçi Orxan İsayev məruzə ilə çıxış ediblər.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbir çərçivəsində Kərkük Kültür Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçinin “Kərkükün təməl daşı Əta Tərzibaşı” kitabının təqdimatı da olub.
Tədbirdən sonra Ədəbiyyat İnstitutunun əməkdaşları TÜRKSOY-un Baş katibinin müavini Sayit Yusif, Şəmsəddin Kuzəçi və İraq-türkman tədqiqatçısı Necat Kövsəroğlu ilə görüşüblər.
Görüşdə AMEA-da İraq türkmanlarının ədəbiyyatı, dili, folkloru və tarixinin araşdırılması, öyrənilməsi ilə bağlı görülən işlərdən danışılıb.