May 10, 2025-13:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ədliyyə naziri Yardımlıda vətəndaşların müraciətlərini dinləyib

2024:04:10 - 13:24
in SOSİAL
A A

Prezident İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları daim diqqətdə saxlanılaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 9-da ədliyyə naziri Fərid Əhmədov Yardımlı rayonunda Yardımlı, Masallı, Cəlilabad və digər rayonlardan olan vətəndaşların müraciətlərini dinləyib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Nazir görüşə gələn vətəndaşların, o cümlədən şəhid ailələrinin və müharibə veteranlarının ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, digər qayğıları ilə maraqlanıb. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digərləri isə araşdırılması üçün nəzarətə götürülərək nazirliyin qəbulda iştirak edən aidiyyəti əməkdaşlarına tapşırıqlar verilib.

Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı, həmçinin nazirliyin yerli qurumlarına və məhkəməyə baş çəkilib, infrastruktur və iş şəraiti ilə tanışlıq olub. Ədliyyə işçilərinə fəaliyyətin müasir çağırışlara uyğun təşkili ilə bağlı tapşırıq və tövsiyələr verilib.

Əvvəlki Yazı

Bakı məktəblisi ABŞ-nin ən nüfuzlu 5 universitetinə qəbul və təqaüd hüququ qazanıb

Növbəti Yazı

Abşeron rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.