Ədliyyə naziri Fərid Əhmədov Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ədliyyə sahəsində həyata keçirilən islahatlar, rəqəmsallaşma istiqamətində atılan addımlar və gələcək planlar müzakirə olunub.
Nazir İctimai Şura üzvlərinin təklif və rəylərini dinləyərək, onların bu prosesdəki rolunu və nazirliyin fəaliyyətində ictimai iştirakçılığın əhəmiyyətini vurğulayıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə iştirakçılar ədliyyə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində fikir və təşəbbüslərini bölüşüblər.
Görüşün yekununda İctimai Şura üzvləri bu cür dialoqun davamlı olmasının vacibliyini qeyd ediblər.