Əfv edildiyim üçün Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Əfv olunacağıma inanırdım. Özüm müraciət etmişdim.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Əfv Sərəncamına əsasən Penitensiar xidmətin 10 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Gürcüstan vətəndaşı Rüfət Bayramov bildirib.
“Ailəmə, uşaqlarıma qovuşduğum üçün çox səvinirəm. Nə xoş ki, bu gün mənə qismət oldu. Məhkum yoldaşlarımın da azadlığa çıxmasını arzu edirəm”,- deyə o bildirib.
Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyev mayın 26-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.