BANM-dən AZƏRTAC-a bildirilib ki, Rəşad Azadlı ABŞ-ın Texas A&M Universitetinin təhlükəsizlik mühəndisliyi ixtisasında magistratura təhsili alacaq. O, 2019-cu ildə 679,3 balla BANM-ə qəbul olub. Prezident təqaüdçüsü idi. Tələbəlik illərində SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın qalibi olub. Ölkə daxilində və xaricində bir sıra yay məktəblərində iştirak edib. “bp Summer Engineering School”, bp-nin təlim düşərgəsi və Polşanın Krakov şəhərində keçirilən “SPINAKER yay məktəbinin II buraxılışı”nın iştirakçısı olub.
Rəşid Azadlı Britaniyanın Mançester Universitetinin bərpaolunan enerji və təmiz texnologiya ixtisasında magistratura təhsili alacaq. O, 2019-cu ildə 663 balla BANM-ə qəbul olub. Tələbəlik illərində “SOCAR UPSTREAM Management International MMC” şirkəti və “Bahar Energy” əməliyyat şirkətində təcrübə keçib. SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın qalibi olub. BANM-ın Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında iştirak edib, fərqlənmə dərəcəsinə layiq görülüb. “Mühəndislər üçün biznes təhsili” layihəsində iştirak edib.