Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Rəşad İsmayılov bu gün nazirliyin kollektivinə təqdim edilib.O, bu təyinata qədər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.