İyul 26, 2025-22:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ekspert: Azərbaycanın ŞƏT-ə üzvlüyü logistika dəhlizlərinin inkişafına töhfə verəcək

2024:07:04 - 13:50
in SİYASƏT
A A

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə Azərbaycan arasında münasibətlər xüsusən də bütün iştirakçıları ilə yaxşı əlaqə və təmaslar nəzərə alınmaqla, yüksək səviyyədə qarşılıqlı etimad, eləcə də əməkdaşlıqla xarakterizə olunur.Bu barədə “Report”a açıqlamasında İbn Həldun Universitetinin Heydər Əliyev adına Avrasiya Araşdırmaları Mərkəzinin elmi işçisi Eldəniz Hüseynov məlumat verib.Onun fikrincə, Azərbaycanın ŞƏT-dəki hazırkı statusu terrorizm və ekstremizmə qarşı mübarizə, narkotiklərin istehsalı və qanunsuz dövriyyəsi, eləcə də kibercinayətkarlıq ilə mübarizə kimi sahələrdə əməkdaşlıq imkanları açır: “Hesab edirəm ki, Azərbaycanın strateji marağı nəqliyyat və enerji kimi sahələrdə əməkdaşlığı genişləndirməkdir. ”.E.Hüseynov bildirib ki, Azərbaycanın təşkilata daxil olması perspektivləri barədə hələki birmənalı danışmaq çətindir: “Hesab edirəm ki, təşkilat çərçivəsində əməkdaşlığın genişlənməsi ilə xüsusən də nəqliyyat və energetika kimi sahələrdə Cənubi Qafqazın bütün ölkələri ŞƏT-də öz iştirakını tədricən genişləndirəcək”.Ekspert vurğulayıb ki, Azərbaycan strateji əhəmiyyətli coğrafi mövqeyə və zəngin enerji resurslarına malikdir: “Ölkənin ŞƏT-ə daxil olması yeni nəqliyyat və enerji dəhlizlərinin inkişafına, təşkilata üzv ölkələr arasında logistika və ticarət əlaqələrinin yaxşılaşdırılmasına töhfə verə bilər. Bu, Azərbaycan iqtisadiyyatının daha geniş regional kontekstə inteqrasiyasına kömək edəcək, ticarətin artımını və şaxələnməsini təşviq edəcək”.”Daha geniş kontekstdə nəqliyyat və logistika infrastrukturunun inkişafı üzrə birgə səylər iqtisadi inteqrasiyanı əhəmiyyətli dərəcədə artıra bilər. Eyni zamanda, Azərbaycan Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına kömək etməklə iri infrastruktur layihələrinin həyata keçirilməsində əsas rol oynaya bilər”, – E.Hüseynov qeyd edib.Onun sözlərinə görə, ölkə regionun enerji təhlükəsizliyinə də mühüm töhfə verə bilər: “Azərbaycan ən böyük neft və qaz istehsalçılarından biri kimi regionun enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər. Bərpa olunan enerji və enerji resurslarının nəqli üçün infrastrukturun inkişafı sahəsində birgə layihələr əməkdaşlığın mühüm aspektlərinə çevrilə bilər”.

Əvvəlki Yazı

AQTA sədri Ağdam rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək

Növbəti Yazı

BMU-nu 97.8 balla bitirən məzun magistratura təhsilini süni intellekt ixtisası üzrə davam etdirəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.