ABŞ prezidenti Co Baydenin seçki yarışından geri çəkilmək qərarı Avropa və Almaniya üçün dönüş nöqtəsidir. Bu fikri Almaniya hökumətinin transatlantik əməkdaşlıq üzrə koordinatoru Maykl Link Tagesspiegel qəzetinə müsahibəsində bildirib.
“Hər şeydən əvvəl, bu, ən böyük hörmətə layiq addımdır. O, öz ölkəsinin rifahını öz rifahından üstün tutur. Co Baydenin gedişi Almaniya və Avropa üçün dərin dönüş nöqtəsidir”, – Link deyib. Onun sözlərinə görə, Bayden “[Almaniyanın] xüsusilə yaxın tərəfdaşı olub və prezidentlik müddətinin sonuna qədər bu tərəfdaşı qalacaq”. “Yəqin ki, heç vaxt ABŞ prezidenti olmayıb ki, öz bağlılığına görə Aİ-nin və bütövlükdə köhnə qitənin təsisatlarına bu qədər ciddi yanaşsın”, – siyasətçi vurğulayıb.
Eyni zamanda o qeyd edib ki, Almaniya hökuməti ABŞ-da müxtəlif seçki ssenarilərinə hazırlaşır. “Baydenin gedişi heç nəyi dəyişməyəcək və biz ABŞ seçkilərinə təsir etmək istəmirik və gələn il Ağ Evdə olanlarla işləyəcəyik” deyib Link. (Tass)