Birləşmiş Ştatlar Tayvan boğazında Çin Xalq Azadlıq Ordusu (PLA) tərəfindən müharibə başlayarsa, ona mütləq müdaxilə edəcək. Bu fikri TASS-ın müxbiri ilə söhbətində Tayvanın Milli Müdafiə və Təhlükəsizlik İnstitutunun Milli Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Şen Minqşi söyləyib.
“Tayvan müstəqilliyini elan etmədiyinə və hələ də status-kvonu saxladığına, eləcə də Çin Kommunist Partiyasındakı daxili siyasi və iqtisadi vəziyyətə və ABŞ-da prezident seçkiləri öncəsi qeyri-müəyyənliyə görə Çin təcavüz aktı törədə bilməz. O , bu fikri Tayvan ətrafında PLA təlimlərini şərh edərkən deyib.
“Bundan başqa, ABŞ prezident Lai Qingdenin inauqurasiya çıxışını bəyəndi və onun status-kvonun saxlanması təklifi ilə razılaşdı. Beləliklə, Çin işğal edərsə, ABŞ mütləq müdaxilə edəcək”, – ekspert bildirib. (Tass)