Sentyabr 16, 2025-2:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Ekspert: Ermənistan sülh müqaviləsi istəyirsə, beynəlxalq platformalarda Azərbaycan əleyhinə işi dayandırmalıdır

2024:03:04 - 17:00
in GÜNDƏM
A A

Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, ərazi iddiasından əl çəkməli, beynəlxalq platformalarda Azərbaycan əleyhinə iş aparmağı dayandırmalı və silahlanmanı dayandırmalıdır.

Bunu “Report”a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

Ekspert vurğulayıb ki, Azərbaycan və Ermənistan tərəflərinin son açıqlamalarına baxdıqda kifayət qədər konstruktiv yanaşmanın olduğu müşahidə edilir, ancaq rəsmi İrəvanın konkret addımları dedikləri ilə üst-üstə düşmür:

“Bir tərəfdən Ermənistan rəsmiləri sülhdə maraqlı olduqlarını deyirlər, digər tərəfdən isə silahlanırlar. Sülhə yönələn müsbət mesajlarında məntiq tapmaq olmur. Çünki Ermənistan hələ də Azərbaycan ərazisinin bir hissəsini işğal altında saxlayır. Azərbaycanın beynəlxalq məhkəmələrdə mühakimə olunması üçün ciddi siyasi iş aparır, ərazi iddiası irəli sürür və silahlanır”.

Siyasi şərhçi bildirib ki, bu vəziyyət Ermənistanın məsələyə ikili münasibət sərgilədiyini göstərir:

“Bir tərəfdən ciddi konfrontasiya müşahidə olunur və bu, bütövlükdə sülh prosesinə vasitəçilik etmək istəyən tərəflərdə ciddi narahatlıq doğurur, digər tərəfdən isə gərgin atmosfer fonunda dövlət rəsmilərinin çıxışında sülh istəyi ifadə edilir. Bu da onu göstərir ki, hər iki tərəfin üzərində beynəlxalq təzyiq var. Bu təzyiq dövlətlərin beynəlxalq hüquq qarşısında öhdəliklərinə təsir göstərir. Dövlətlər birmənalı şəkildə müharibə ritorikasında qala bilməz”.

Ə.Əlibəyli qeyd edib ki, sülh danışıqlarının məntiqli bir nəticəyə gəlməsi üçün Ermənistan təxribat xarakterli addımlardan çəkinməlidir:

“Hazırda ən düşündürücü sual odur ki, bu gün qədər Ermənistanla hansısa bir formatda müharibəsiz nəticə əldə etməyimiz mümkün olubmu? Olmayıb. Üç il ərzində bu ölkə ilə münasibətlərimiz Ermənistanın kaputilyasiyaya imza atması ilə davam edib. Bundan sonra fərqli mənzərə müşahidə etməyimiz üçün rəsmi İrəvan davranışlarında korrektələr etməlidir. Məsələn, Fransadan alacağı ən modern silahlardan Azərbaycana qarşı istifadə etməməlidir”.

Əvvəlki Yazı

BDU-nun SABAH qruplarının II kurs tələbəsi vəfat edib

Növbəti Yazı

Xaçmazda özünü qatarın altına ataraq ölən şəxsin kimliyi bilinib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.