Slovakiyanın baş naziri Robert Fikoya qarşı sui-qəsd Ukraynada müharibənin davam etdirilməsinə qarşı çıxan dövlət xadiminə qarşı siyasi motivli repressiyadır. Bu fikri TASS-ın müxbiri ilə söhbətində keçmiş dövlət naziri, Livan Universitetinin professoru, beynəlxalq hüquq sahəsində aparıcı ərəb eksperti sayılan Adnan Seyyid Hüseyn deyib.
Ukraynada münaqişənin davam etdirilməsinin bütün əleyhdarlarına çağırış edilib”, – deyə həmsöhbət qeyd edib: “Robert Fikoya hücum o deməkdir ki, Qərbdə və NATO blokunda qılınclarını daha yüksək səslə çırpan və hədələyən qüvvələr, münaqişənin sülh yolu ilə nizamlanmaya çağıran avropalı siyasətçiləri açıq şəkildə təqib etməyə başlayıb”.
Ekspert vurğulayıb ki, Gandlovdakı atışmaların Ukraynaya böyük silah partiyası göndərilməsi üçün hazırlıqların getdiyi və Kiyevə hərbi məqsədlər üçün yardımın 100 milyard dollara çatdırılması məsələsinin müzakirə olunduğu bir vaxtda baş verib.
“NATO-ya üzv olan ölkələrin bəzi liderləri artıq Ukraynadakı münaqişəyə müdaxilə etmək və ora hərbi kontingent göndərmək imkanından danışırlar”, – deyə o bildirib. (Tass)