İsrail və İran arasında münaqişənin Yaxın Şərqdə genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı azdır, lakin regionda gərginlik səngiməkdə davam edir. Bu fikri TASS-a müsahibəsində Ərəb və İslam Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi Boris Dolqov deyib.
Dolqov qeyd edib ki, İranın İsrailə zərbəsi İsrail və İranın əvvəlki zərbə mübadiləsindən daha güclü olub. Bununla belə, analitikin fikrincə, “münaqişənin genişlənəcəyini və Yaxın Şərqdə böyük müharibənin başlanacağını güman etməyə hələ də dəyməz”. “Çünki Yaxın Şərq münaqişəsinin əsas xarici aktorlarına, yəni nə İrana, nə də ABŞ-a bu böyük müharibə lazım deyil”, – agentliyin həmsöhbəti izah edib. Bununla belə ekspert vurğulayıb ki, tammiqyaslı müharibə ehtimalının aşağı olmasına baxmayaraq, İsrail və İranın qarşılıqlı zərbələri istisna deyil.
Ekspert qeyd edib ki, İsrail İranın cavab addımlarının ABŞ-ı Yaxın Şərqdə müharibəyə cəlb edəcəyinə ümid edir. Bununla belə, o, ABŞ-dakı seçki kampaniyasına görə ölkənin İran və İsrail arasındakı münaqişədə birbaşa iştirakdan imtina edəcəyinə işarə edib. “Prezidentliyə namizədlərin heç birinə Amerika hərbçiləri arasında itkilərə səbəb olacaq və ABŞ rəhbərliyini həm ölkə daxilində, həm də xaricdə hücuma və tənqidə məruz qoyacaq böyük müharibə lazım deyil” deyə mütəxəssis vurğulayıb. (Tass)