Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları Rusiya ilə açıq silahlı toqquşmaya səbəb ola bilər. Bu fikirləri Fransanın Milli Mitinq partiyasının lideri, Avropa Parlamentinin üzvü Cordan Bardella deyib.
“Respublika prezidentinin sözləri fransızlar arasında böyük narahatlıq və təşviş yaradır. Bu sözlər Rusiya ilə açıq müharibəyə səbəb ola bilər”, – o , France info radiosunda deyib . Siyasətçinin sözlərinə görə, Fransa əhalisi nüvə dövləti ilə toqquşmada “heç bir marağı yoxdur”, ona görə də bu məsələdə “son dərəcə diqqətli” olmaq lazımdır.
Bardella qeyd edib ki, Makronun son günlər Ukrayna ilə bağlı tutduğu mövqe təkcə “bir çox fransızları” deyil, həm də müxalifət partiyalarını narahat edir.
Makron fevralın 26-da bildirib ki, Parisdə 20-yə yaxın Qərb ölkəsinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Qərb dövlətlərinin quru qoşunlarının Ukraynaya mümkün göndərilməsi mövzusu qaldırılıb. Onun sözlərinə görə, iştirakçılar bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz. Konfransdan sonra iclasda iştirak edən əksər ölkələrin nümayəndələri Ukraynaya qoşun yeritməyi planlaşdırmadıqlarını və onların Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakına qarşı olduqlarını bəyan ediblər.
(Tass)