Ekvador prezidenti Daniel Noboa bildirib ki, Moskvanın etirazına baxmayaraq, ölkəsi Rusiya istehsalı olan hərbi texnikanı ABŞ-a yeni avadanlıqlar müqabilində təhvil verəcək.
“Biz sübut etdik ki, bu, metaldır və beynəlxalq müqavilələrə uyğun olaraq, hərbi texnika ötürülə bilməz, lakin oxşar metal ola bilər” . Prezident qeyd edib ki, Ekvador “nəzərdən asılı olmayaraq razılaşmanı davam etdirəcək”.
Yanvarın 10-da Noboa bəyan edib ki, Ekvador ümumilikdə 200 milyon dollar dəyərində yeni avadanlıqlar müqabilində Rusiya və Ukrayna istehsalı olan avadanlıqları ABŞ-a təhvil verəcək. Rusiya və Ekvador hökumətləri Rusiya Federasiyasının əvvəlcədən yazılı razılığı olmadan hərbi məqsədlər üçün məhsulların üçüncü tərəfə ötürülməsinə icazə vermir.
2023-cü ilin yanvarında ABŞ-ın Cənub Komandanlığının rəhbəri general Laura Riçardson Venesuela, Kuba, Nikaraqua və Latın Amerikasının digər altı dövlətinin Rusiya silahlarına sahib olduğunu” demişdi. (Tass)