İsrailin son 24 saat ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 15 fələstinli həlak olub. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, son zərbələr Fələstin anklavının şimal və cənubundakı çadır düşərgələrinə endirilib. İsrail hərbi qüvvələri də Qəzza şəhərini intensiv artilleriya atəşinə tutur. (Tass)