Livanın “Hizbullah” şiə hərəkatı Colan təpələrindəki Məcdəl Şəms kəndinin atəşə tutulmasına cavab vermək bəhanəsi ilə İsrail qüvvələrinin Livan ərazisini işğal edəcəyini gözləmir. Bu barədə hərəkatın rəhbərliyindəki mənbə Əl-Cəzirə telekanalına şərhində məlumat verib.
Kanalın həmsöhbəti qeyd edib ki, “biz Livan ərazisinə hətta məhdud olsa belə qurudan müdaxilə gözləmirik”. “Lakin biz tam döyüşə hazır vəziyyətindəyik”, o əlavə edib.
İyulun 27-də Druz dağ icmasından olan insanların yaşadığı Qolanda Məcdəl Şəms şəhərində raketin idman meydançasına düşməsi nəticəsində 12 yeniyetmə həlak olub. İsrail hakimiyyəti insidentdə Livan və Hizbullah hərəkatını günahlandıraraq, sərt cavab verəcəyini vəd edib.
Öz növbəsində Hizbullah insidentdə hər hansı əli olduğunu inkar edir. (Tass)