İran iki ölkə arasında münaqişənin gərginləşəcəyi təqdirdə İsrailin Dimona şəhərindəki nüvə tədqiqat mərkəzinə zərbə endirmək imkanını nəzərdən keçirir.
Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı yüksək rütbəli İran rəsmisinə istinadən məlumat yayıb.
“Münaqişə yeni səviyyəyə keçərsə, Dimonadakı nüvə reaktoru bizim qanuni hədəfimizə çevrilə bilər”, – kanalın adını açıqlamayan mənbə bildirib. (Tass)