İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Beytləhm, Nablus, Hebron və Tulkərm şəhərlərində genişmiqyaslı reyd keçirib. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, ağır buldozerlərin müşayiəti ilə İsrail hərbçilərinin böyük kontingenti hücumda iştirak edir. İsrail ordusunun 40-a yaxın texnikasının Nur Şəms qaçqın düşərgəsinə daxil olmasına dair sübutlar var. Həmçinin bir neçə bölgədə Fələstin müqavimət döyüşçüləri ilə İsrail işğalçı qüvvələri arasında şiddətli toqquşmaların və döyüşlərin getdiyi bildirilir.
Əl-Cəzirə qeyd edir ki, İsrail ordusu Fələstin silahlı müqavimət mərkəzlərini sıxışdırmağa çalışdığı bir vaxtda İordan çayının qərb sahilində reydlər keçirilir. (Tass)