İsrail hərbçiləri İordan çayının qərb sahilindəki şəhər və qəsəbələrə reydlər keçirib. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, səhər saatlarında İsrail hərbçiləri Hebron, Bet-Lexem, eləcə də Əl-Azza qaçqın düşərgəsində küçələri bağlayıb və evlərə soxulublar.
Şəbəkə qeyd edir ki, ötən həftə İsrailin genişmiqyaslı işğalı başlayandan bəri ən azı 33 fələstinli həlak olub.
İsrail qüvvələri avqustun 28-dən İordan çayının qərb sahilində reydlər keçirir. Ordu “terrorla mübarizə əməliyyatı” keçirdiyini bildirir. Əsgərlər yeddinci gündür ki, Cenindəki qaçqın düşərgəsini mühasirəyə alır. (Tass)