İsrail ordusunun bölmələri cümə axşamı gecə İordan çayının qərb sahilindəki Tulkərm şəhərinə hücum edib. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, yəhudi dövlətinin hərbçiləri Tulkərmin şərqində yerləşən Nur Şəms fələstinli qaçqın düşərgəsinin qarşısını kəsib.
Şəhərin bəzi ərazilərində ən azı 30 hərbi texnikadan istifadə edən İsrail ordusu ilə fələstinlilər arasında şiddətli toqquşmalar gedir. Əl-Cəzirə xəbər verir ki, İsrail ordusu Tulkərmdəki xəstəxananı da mühasirəyə alıb. (Tass)