İsrail Hərbi Hava Qüvvələri Livanın şərqindəki Bekaa vadisində yerləşən Baalbek şəhərinə hücum edib. Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində azı 4 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölən və yaralananların mülki vətəndaşlar, yoxsa Livan şiə hərəkatı Hizbullah döyüşçüləri olduğu dəqiqləşdirilməyib. (Tass)