İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının cənubunda yaşayış binalarını atəşə tutması nəticəsində ən azı 25 fələstinli həlak olub.
Qətərin Əl-Cəzirə telekanalının məlumatına görə , Qəzza zolağının cənubunda, Fələstin anklavının Misirlə sərhədi yaxınlığında yerləşən Rəfah şəhərində İsrailin yaşayış binalarını atəşə tutması nəticəsində azı 25 nəfər ölüb, onlarla adam yaralanıb. (Tass)