İsrail hərbçilərinin Qəzza zolağının mərkəzi hissəsində yaşayış binalarını atəşə tutması nəticəsində azı 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
İsrailin Fələstin anklavının mərkəzindəki Nuseyrat qaçqın düşərgəsində iki yaşayış binasını vurması nəticəsində ən azı 6 fələstinli həlak olub. Telekanalın qeyd edib ki, sakinlər sağ qalanları tapmaq ümidi ilə binaların dağıntılarını sıralayır, lakin binaların bəzi xarabalıqları yanğına qərq olur. (Tass)