İsrailin Qəzza zolağında yaşayış məntəqələrinə endirdiyi aviazərbələr nəticəsində azı 4 nəfər həlak olub. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, anklavın mərkəzi hissəsində yerləşən Ez-Zawaida şəhərində evlərin atəşə tutulması nəticəsində azı dörd nəfər həlak olub, onlardan ikisi uşaqdır. Qeyd olunur ki, qurbanlar arasında fələstinli jurnalistin ailəsi də var.
Telekanal həmçinin Qəzza zolağının şimalında Əl-Şifa xəstəxana kompleksinin binaları və ətraf ərazilərinin intensiv artilleriya atəşinə tutulduğunu bildirib. Bundan əlavə, İsrail hərbçiləri ölənlərin dəfn olunduğu yerləri və tibb müəssisəsinin həyətindəki kütləvi məzarlığı atəşə tutur. (Tass)