Anklavın cənubunda yerləşən Rəfah keçid məntəqəsi vasitəsilə sərnişin nəqliyyatının hərəkəti və Qəzza zolağına humanitar yardımın çatdırılması dayandırılıb. Qətərin Əl-Cəzirə telekanalının məlumatına görə , İsrail əsgərləri nəzarət-buraxılış məntəqəsinə basqın etməyə başlayıblar.
Əl Mayadeen telekanalının məlumatına görə , İsrail əsgərləri və ağır hərbi texnikası Fələstin tərəfdən Rəfah keçid məntəqəsinin ərazisinə daxil olub, bundan sonra onun işi tamamilə dayandırılıb, sərnişinlərin və humanitar yardımların olduğu avtomobillərin Qəzza zolağına keçidi dayandırılıb. (Tass)